BAKI, 15 sentyabr. TELEQRAF

2026-cı ilin yanvar-avqust aylarında Azərbaycandan 16 milyon 628.67 min ABŞ dolları dəyərində 319 milyon 39.39 min kilovat-saat elektrik enerjisi ixrac edilib.

Teleqraf Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2025-ci ilin müvafiq dövrünə nisbətən ixrac edilən elektrik enerjisinin dəyəri 3,2%, həcmi isə 2,9% azalıb.

Elektrik enerjisinin Azərbaycanın ümumi ixracında payı 0.08%, qeyri-neft məhsullarının ixracında isə 0.26% təşkil edib.