BAKI, 15 sentyabr. TELEQRAF

Bu ilin yanvar-avqust aylarında Azərbaycan 955 milyon 359.58 min dollar dəyərində 48 min 398 ədəd avtomobil idxal edib.

Teleqraf Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsində 35,02%, dəyər ifadəsində isə 30,84% azdır.

Ölkəyə gətirilən avtomobillərin 42 min 755 ədədi minik avtomobilləri və digər mühərrikli nəqliyyat vasitələri olub ( 788 milyon 464.83 min dollar). Hesabat dövründə ölkəyə 637 ədəd (16 milyon 550.45 min dollar) elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitəsi gətirilib. Bu göstərici ötən ilin birinci rübü ilə müqayisədə 54,89% azalıb.