BAKI, 10 sentyabr. TELEQRAF
İngiltərənin “Mançester Yunayted” klubu bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsinin ilk turunda “Sabah”ı qəbul edəcək.
Teleqraf xəbər verir ki, “qırmızı şeytanlar” üçün “Sabah”la qarşılaşma Çempionlar Liqasında 300-cü oyun olacaq.
Üç dəfə turnirin qalibi olan “Mançester Yunayted” iki illik fasilədən sonra Çempionlar Liqasına qayıdıb. “Sabah” isə tarixində ilk dəfə turnirin əsas mərhələsində mübarizə aparacaq.
“Old Trafford” stadionunda keçiriləcək “Mançester Yunayted” – “Sabah” qarşılaşması Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.