BAKI, 10 sentyabr. TELEQRAF
"Kəpəz"in kapitanı Dioqo Verdaska uzun müddət yaşıl meydanlardan kənarda qalacaq.
Teleqraf xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Buna səbəb portuqaliyalı müdafiəçinin dünən məşq zamanı zədələnməsidir.
Tibbi müayinədən keçən 29 yaşlı futbolçunun sağ bud əzələsində 14 sm uzunluğunda yırtıq aşkarlanıb. "Kəpəz"in tibbi heyətinin protokoluna əsasən, Verdaskanın müalicəsi 6 həftə davam edəcək.