BAKI, 10 sentyabr. TELEQRAF
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin daxili işlər nazirləri ilə görüşüb.
Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstan Prezident Administrasiyası məlumat verib.
Görüşdə Azərbaycan daxili işlər naziri Vilayət Eyvazov, Qırğızıstan daxili İşlər naziri Ulan Niyazbekov, Türkiyə daxili İşlər naziri Mustafa Çiftçi, Özbəkistan daxili İşlər naziri Əziz Taşpulatov və Qazaxıstan daxili İşlər naziri Yerjan Sadenov iştirak ediblər.