BAKI, 10 sentyabr. TELEQRAF

“Ukraynadakı münaqişə bizim şərtlərimizlə başa çatmasa, bu, qlobal münaqişəyə çevrilə bilər”.

Teleqraf xəbər verir ki, bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.

“Axı bizə kim hücum edə bilər? Bizim nüvə silahımız var”, - o əlavə edib.

Dmitri Medvedev NATO-Rusiya münasibətlərindən də danışıb:

“Mən demirəm ki, onlar Rusiyanın mövqeyini qəbul etməlidirlər, sadəcə baş verənləri düzgün qiymətləndirə bilərdilər: nə üçün bizim bu narahatlıqlarımız var, nə üçün bu və ya digər dövlətin NATO-ya qoşulması xoşumuza gəlmir.

Mən deyirəm ki, bizim raketlərimiz sizin şəhərlərinizə, sizin raketləriniz isə bizim şəhərlərimizə tuşlanıb. Siz bizə yaxınlaşdıqca uçuş müddəti qısalır. NATO-nun yaxınlaşmasına niyə sevinməliyik? Hamısı bunu başa düşür, amma bizim mövqeyimizi görməzlikdən gəldilər.

Mən istərdim ki, gələcək nəsillər və ölkəmizin vətəndaşları bu dövrü bizim ölkəni qoruyub saxladığımız dövr kimi qiymətləndirsinlər. Sadəcə qoruyub saxlamadıq, həm də onu böyük dövlətlər sırasına qaytardıq. Ölkəmiz ancaq böyük dövlət kimi mövcud ola bilər. Ya böyük dövlət, ya da heç nə”.