BAKI, 10 sentyabr. TELEQRAF
Azərbaycan Respublikasının Nazirlər Kabineti gömrük tənzimləmələri, inzibati cərimələr və qiymətli metalların dövriyyəsi ilə bağlı bəzi qərarlarında dəyişikliklər edib.
Teleqraf xəbər verir ki, qərar Azərbaycanın Gömrük Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə və “Qiymətli metallar və qiymətli daşlar haqqında” qanuna əvvəllər edilmiş dəyişikliklərin tam icra olunmasını təmin edir.
Əvvəllər dövlət rüsumları, gömrük bəyanetməsi və ya sertifikatlaşdırma yalnız hazır "zərgərlik məmulatları"na (üzük, sırğa, qızıl əşyaları və s.) şamil edilirdisə, artıq email edilməmiş almazlar da eyni hüquqi nəzarət statusuna gətirilir.
Bu qərar Azərbaycan Respublikasının “Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemi”nə qoşulduğu gündən qüvvəyə minir.