BAKI, 10 sentyabr. TELEQRAF

Sentyabrın 11-də Bakı, Sumqayıt, Abşeron üzrə pensiyaların ödənilməsi nəzərdə tutulub.

Teleqraf xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafik üzrə ödəniləcək.