BAKI, 10 sentyabr. TELEQRAF
2026-ci ilin avqustunda Azərbaycanın gündəlik neft hasilatı orta hesabla 448 min barel olub.
Teleqraf Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) aylıq hesabatına istinadən xəbər verir ki, iyul ilə müqayisədə hasilatın həcmində 7 min barel azalma olub.
2026-cı ilin birinci rübündə gündəlik neft hasilatı orta hesabla 454 min barel, ikinci rübündə isə 456 min barel təşkil edib.
Fevralda hasilat 454 min, martda 456 min, apreldə 460 min, mayda 455 min, iyunda 458 min, iyulda isə 455 barel olub.
Qeyd edək ki, Azərbaycanın OPEC+ (OPEC və bəzi qeyri-OPEC neft istehsalçılarından ibarət alyans) çərçivəsində hazırkı xam neft hasilat kvotası gündəlik 551 min bareldir. Azərbaycan ötən ay OPEC+ çərçivəsində kvotadan 103 min barel geridə qalıb.