BAKI, 10 sentyabr. TELEQRAF

“Türk ölkələri arasında əməkdaşlıq ildən-ilə güclənir. Bu, tariximizin yaxın, dilimiz və adət-ənənələrimizin oxşar və maraqlarımızın ortaq olması ilə bağlıdır”.

Teleqraf xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin daxili işlər nazirləri ilə görüşündə deyib.

“Türk Dövlətləri Təşkilatı dostluğumuzun möhkəmləndirilməsinə böyük töhfə verir. Qazaxıstan bu mötəbər qurumla hərtərəfli əməkdaşlığın gücləndirilməsinə böyük əhəmiyyət verir. Təşkilata üzv dövlətlər hüquq-mühafizə orqanları da daxil olmaqla, müxtəlif sahələrdə qarşılıqlı əlaqələrini gücləndirirlər. Bu baxımdan, şübhəsiz ki, daxili işlər nazirlərinin görüşü xüsusi əhəmiyyət kəsb edir”, - dövlət başçısı bildirib.