BAKI, 20 avqust. TELEQRAF

Azərbaycanda azı 4 yeni hədəf turizm istiqaməti üzrə uçuşların həyata keçirilməsi, eyni zamanda mövcud uçuş istiqamətləri intensivliyinin 20 faiz artırılması hədəflənir.

Teleqraf xəbər verir ki, bu, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulub.

Layihə çərçivəsində mövcud hədəf turizm bazarları üzrə əlavə müntəzəm aviareyslərin təşkili və birbaşa hava nəqliyyatı əlaqəsi olmayan hədəf bazarlarla aviareyslərin açılması planlaşdırılıb. Bundan əlavə, hər il azı 1 yeni hədəf turizm istiqaməti üzrə uçuşa başlanılması hədəflənib.

Layihə üzrə əsas icraçı orqan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyidir.