BAKI, 19 avqust. TELEQRAF
ABŞ-də kommersiya neft ehtiyatları həftə ərzində 4,4 milyon barel artaraq 14 avqust 2026-cı il tarixinə 428,8 milyon barelə çatıb.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Energetika Departamenti məlumat verib.
Qeyd edək ki, bu gün Londonun ICE birjasında 2026-cı ilin oktyabr ayında təhvil veriləcək "Brent" markalı xam neft fyuçerslərinin qiyməti 0,78% artaraq bir barel üçün 91,73 dollar, sentyabr ayında təhvil veriləcək WTI markalı xam neft fyuçerslərinin qiyməti isə 0,95% artaraq bir barel üçün 84,86 dollar təşkil edib.