BAKI, 20 avqust. TELEQRAF

“Rusiya Prezidenti Vladimir Putinin hazırda Ukrayna ilə müharibəni dayandırmaq üçün danışıqlar aparmaq niyyəti yoxdur”.

Teleqraf xəbər verir ki, bunu Ukrayna Prezident Administrasiyası rəhbərinin birinci müavini Sergey Kislitsa deyib.

PA rəsmisinin sözlərinə görə, Vladimir Putin ağır qışın Ukraynanı zəiflədəcəyinə və cəmiyyətdə parçalanmaya səbəb olacağına ümid edir.

“Putinin hazırda danışıqlar masasına oturmaq üçün heç bir istəyi yoxdur. Qışın sonunadək, yəni ən azı martın ortalarına qədər motivasiyası daha da aşağı düşəcək. Çünki o hesab edəcək ki, ukraynalılar bu qışı keçmək üçün xalq olaraq kifayət qədər güclü deyillər. Amma biz bu qışdan da ləyaqətli salamat çıxacağıq. Buna görə də, onun müharibəni davam etdirmək üçün motivasiyası qalmayacaq”, - Kislitsa bildirib.