BAKI, 18 avqust. TELEQRAF
2026-cı ilin yanvar-iyul aylarında Azərbaycanda təhsil sektoruna 48,7 milyon manat investisiya yönəldilib.
Teleqraf xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin aylıq hesabatında qeyd olunub.
Məlumata görə, əvvəlki ilin müvafiq dövrünə nisbətən bu istiqamətdə 72,3% azalma olub.
Qeyd edək ki, hesabat dövründə ölkə üzrə əsas kapitala yönəldilən ümumi investisiyaların 0,5%-i təhsil sektorunun payına düşüb.