BAKI, 20 avqust. TELEQRAF

“Rusiya Ukrayna ilə müharibədə uduzur, buna görə də qisas məqsədilə əhaliyə və mülki infrastruktura hücum edir”.

Teleqraf xəbər verir ki, bunu Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen deyib.

“Biz Ukraynanın raketlərdən müdafiə imkanlarını dəstəkləmək və Ukraynaya insan tələfatının qarşısını almaq üçün lazımi vasitələri təmin etmək məqsədilə Avropa İttifaqına üzv ölkələr və tərəfdaşlarımızla əməkdaşlıq edirik”, - o bildirib.

Fon der Leyen əlavə edib ki, bu məsələ Avropa İttifaqı üçün təcili prioritetdir.