BAKI, 19 avqust. TELEQRAF
2026-cı ilin yanvar-iyun aylarında ölkədə əmtəəlik təbii qaz ehtiyatlarının həcmi 22 milyard 258,9 milyon kub metr təşkil edib.
Teleqraf Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, təbii qaz üzrə ehtiyatların 29,2 faizi ölkə daxilində istehlak edilib, 60,1 faizi ixrac olunub, 2,5 faizi itkiyə gedib, 8,2 faizi isə iyul ayının əvvəlinə ehtiyat kimi qalıb.
Ölkə daxilində istehlak edilmiş təbii qazın 56,8 faizi istehsal ehtiyaclarına sərf edilib, 43,2 faizi isə əhaliyə satılıb.
Əhali tərəfindən istehlak edilmiş təbii qazın 36,6 faizi Bakı şəhərinin, 3,1 faizi Naxçıvan, 11,8 faizi Abşeron-Xızı, 6,2 faizi Gəncə-Daşkəsən, 5,9 faizi Qazax-Tovuz, 5,8 faizi Lənkəran-Astara, 5,6 faizi Mərkəzi Aran, 5,5 faizi Şəki-Zaqatala, 5,1 Quba-Xaçmaz, 4,7 faizi Qarabağ, hər biri 3,6 faiz olmaqla Mil-Muğan və Şirvan-Salyan, 2,4 faizi Dağlıq Şirvan, 0,1 faizi isə Şərqi Zəngəzur iqtisadi rayonlarının payına düşüb.