BAKI, 18 avqust. TELEQRAF

ADY-nin Biləcəri yuyucu-buxarlayıcı stansiyası dəmir yollarının ekoloji məsuliyyətinin mühüm hissəsidir.

Teleqraf xəbər verir ki, bu barədə ADY-nin Mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, burada neft və neft məhsulları ilə çirklənmiş çən vaqonlar yuyulur, proses zamanı çirklənmiş su təmizlənərək yenidən istifadə olunur, tullantılar isə utilizasiya edilir - ətraf mühit və təbii resurslar qorunur.

Biləcəri yuyucu-buxarlayıcı stansiyasında 2025-ci il ərzində 3374 çən vaqon, 2026-cı ilin ilk 7 ayında isə 1861 çən vaqon yuyulub.