BAKI, 20 avqust. TELEQRAF

Azərbaycan mətbəxinin və qastronomiya turizminin beynəlxalq miqyasda tanıdılması üçün kompleks layihələr həyata keçiriləcək.

Teleqraf xəbər verir ki, bu, Prezident İlham Əliyev bu gün təsdiqlədiyi "Turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"nda öz əksini tapıb.

Sənədə görə, ölkədəki 70 restoranda "Gault and Millau", "La Liste" kimi beynəlxalq bələdçi bazalarına inteqrasiya ediləcək, 3 restoranın isə beynəlxalq ölçmə-dəyərləndirmə sistemlərindən ("Ulduz", "Açar", "Gurman") sertifikat alması dəstəklənəcək.

Bundan başqa:

Bakının Bayıl qəsəbəsində Bayıl Kulinariya Təcrübə Mərkəzi, Xocavənddə isə Tuğ Enoturizm (Şərabçılıq) Təcrübə Mərkəzi (şərab zavodu və üzüm bağları) istifadəyə veriləcək;

"Milli dadlar" elektron portalı süni intellekt və beynəlxalq axtarış sistemlərinə inteqrasiya olunacaq;

200 yerli aşpaz beynəlxalq dərəcəli sertifikatlar alacaq;

Ölkə üzrə 25 çimərlikdə abadlıq işləri aparılaraq beynəlxalq standartlara uyğun nümunəvi ictimai çimərliklər yaradılacaq.