BAKI, 20 avqust. TELEQRAF

UEFA Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”la qarşılaşacaq “Tvente” heyətində dəyişiklik edib.

Teleqraf xəbər verir ki, Niderland klubu tunisli yarımmüdafiəçi Sayf Ltayeflə yollarını ayırıb.

26 yaşlı futbolçu karyerasını Polşada davam etdirəcək. O, “Krakoviya” ilə müqavilə imzalayıb.

Ltayef ötən mövsümü icarə əsasında keçirib. Tunis millisinin üzvü əvvəlcə Niderlandın “Sparta”, daha sonra Almaniyanın “Qroyter Fyurt” klubunda çıxış edib.

Qeyd edək ki, “Qarabağ”la “Tvente” arasında pley-off mərhələsinin ilk oyunu bu gün keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Cavab matçı isə avqustun 27-də saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.