BAKI, 20 avqust. TELEQRAF

Rusiya Prezidenti Vladimir Putin Kremldə Liviya Milli Ordusunun komandan müavini Səddam Haftarı qəbul edib.

Teleqraf xəbər verir ki, bu barədə Liviya Milli Ordusunun mətbuat xidməti məlumat yayıb.

Görüş Haftarın Rusiyaya rəsmi səfəri çərçivəsində baş tutub. O, Putinə və Rusiya xalqına Liviya Milli Ordusunun komandanı Xəlifə Haftarın salamlarını çatdırıb.

Kremlin mətbuat xidməti görüşlə bağlı rəsmi açıqlama yaymayıb.