BAKI, 20 avqust. TELEQRAF
Azərbaycanın kənd yerlərində turizmin inkişafı və yerli icmaların gəlirlərinin artırılması məqsədilə "Turizm kəndi" konsepsiyası gerçəkləşdiriləcək.
Teleqraf xəbər verir ki, bu, Prezident İlham Əliyev bu gün təsdiqlədiyi "Turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"nda öz əksini tapıb.
Sənədə əsasən, 2026–2027-ci illərdə "Turizm kəndi" konsepsiyası üzrə hüquqi baza yaradılacaq. İlkin mərhələdə turizm potensialı yüksək olan 8 kənddə turizmlə bağlı altyapı və infrastruktur layihələri həyata keçiriləcək.
Layihə çərçivəsində kəndlərdə xidmət göstərən ailə təsərrüfatlarının ortaillik gəlirlərinin artırılması, yerli əhalinin turizm biznesinə cəlb edilməsi və kənd evlərinin turistlərin qəbuluna uyğunlaşdırılması təmin ediləcək