BAKI, 18 avqust. TELEQRAF
Sabah bir sıra rayon və şəhərlərdə qaz təchizatı dayandırılacaq.
Bu barədə Teleqraf-a "Azəriqaz" İstehsalat Birliyindən bildirilib.
Məlumata görə, aşkar edilmiş qaz sızmalarının aradan qaldırılması və təmir-quraşdırma işləri ilə əlaqədar sabah saat 10:00-dan işlər yekunlaşanadək Qazax rayonunun Kosalar kəndinin, Şirvan şəhərinin Bayramlı qəsəbəsinin, Sabirabad rayonunun bir hissəsinin, Saatlı və İmişli rayonlarının qaz təchizatında müvəqqəti fasilə yaranacaq.