BAKI, 19 avqust. TELEQRAF
2026-cı ilin yanvar-iyun aylarında Şərqi Zəngəzurda iaşə dövriyyəsi 337,5 min manat olub.
Teleqraf Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2025-ci ilin göstəricisi ilə müqayisədə bu sahədə 34% azalma qeydə alınıb.
Respublikanın digər bölgələrindən -Mərkəzi Aran iqtisadi rayonunda dövriyyə 55 milyon 1,2 min manat (5,1% artım), Lənkəran-Astarada 50 milyon 415,5 min manat (6,3% artım), Gəncə-Daşkəsəndə 47 milyon 264,7 min manat (4,4% artım), Abşeron-Xızıda 45 milyon 694,2 min manat (5,9% artım), Şəki-Zaqatalada 40 milyon 517,2 min manat (4,6% artım), Quba-Xaçmazda 34 milyon 739,9 min manat (1,2% artım), Qarabağda 28 milyon 898,6 min manat (2,9% azalma) olub.
Qeyd edək ki, cari ilin birinci yarısında ölkə üzrə iaşə dövriyyəsi 1 milyard 409 milyon 995,6 min manat təşkil edib. 2025-ci ilin eyni dövrü ilə müqayisədə 5,9% artım qeydə alınıb. Ən yüksək dövriyyə paytaxtda qeydə alınıb. Dövriyyənin həcmi 989 milyon 84,6 min manat olub ki, bu 6,8% artım deməkdir.