BAKI, 20 avqust. TELEQRAF
Son iki ildə 20 balıqçılıq müəssisəsində 24 yoxlama aparılıb.
Teleqraf.az xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Bildirilib ki, yoxlama zamanı 18 müəssisədə qayda pozuntuları müəyyən edilib və nöqsanların aradan qaldırılması üçün sahibkarlara icrası məcburi olan göstərişlər verilib.
Qurumdan bildirilib ki, su hövzələrində və təsərrüfatlarda xəstəliklərin erkən aşkarlanması üçün mütəmadi monitorinqlər keçirilir. Bu nəzarət tədbirləri həm daxili bazarın təhlükəsizliyini təmin edir, həm də yerli məhsulların beynəlxalq bazarlara çıxış imkanlarını genişləndirir.