BAKI, 19 avqust. TELEQRAF
“Brent” markalı neftin qiyməti iyulun 30-dan bəri ilk dəfə bir barel üçün 92 dolları ötüb.
Teleqraf xəbər verir ki, bunu Londonun ICE birjasındakı ticarət məlumatları göstərir.
Oktyabrda tədarük ediləcək “Brent” markalı neftin fyuçerslərinin qiyməti 1,13 faiz artaraq bir barel üçün 92,05 dollara yüksəlib.
Daha sonra artım tempi zəifləyib. Bakı vaxtı ilə saat 06:08-də “Brent”in qiyməti 0,97 faiz artımla 91,9 dollar səviyyəsində olub.
Eyni zamanda sentyabrda tədarük ediləcək WTI markalı neftin fyuçerslərinin qiyməti 1,46 faiz yüksələrək bir barel üçün 84,96 dollar təşkil edib.