BAKI, 20 avqust. TELEQRAF

“İran İraq hökumətinin ölkə ərazisində fəaliyyət göstərən silahlı qruplaşmaların sərəncamında olan silahlar üzərində dövlətin tam nəzarətinin təmin edilməsinə yönəlmiş planını dəstəkləyir”.

Teleqraf xəbər verir ki, bunu İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf deyib.

“İran İslam Respublikası İraqla münasibətlərini yüksək qiymətləndirir və ölkə ərazisində silahlara nəzarət üçün hüquqi bazanın yaradılmasına yönəlmiş hökumət proqramını dəstəkləyir. Bu silahlar İraq Silahlı Qüvvələrinin baş komandanının nəzarəti altında olmalıdır”, - Qalibaf qeyd edib.

İran parlamentinin sədri onu da iddia edib ki, Tehran iki ölkə arasında imzalanmış təhlükəsizlik sahəsindəki razılaşmalara sadiqdir.

Xatırladaq ki, İraq Baş naziri Əli əl-Zeydi ölkə ərazisindəki silahlı qruplaşmaların tərksilah edilməsi üçün sentyabrın 30-dək vaxt verib. Proses İraqda İranın silahlı proksi qüvvələrini də əhatə edəcək. Bu səbəbdən prosesin Tehranda etirazla qarşılanması barədə və Əli əl-Zeydinin bu səbəbdən İran proksiləri tərəfindən ölümlə hədələndiyinə dair məlumat yayılıb.