BAKI, 20 avqust. TELEQRAF

2026-cı ilin yanvar-iyul aylarında Azərbaycanda 1637,4 kiloqram qızıl istehsal edilib.

Teleqraf Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 12,1% azdır.

Bundan əlavə, hesabat dövründə 2154 kiloqram gümüş istehsal edilib. 2025-ci ilin yanvar-iyul ayları ilə müqayisədə gümüşün istehsalı 15% azalıb.

Avqustun 1-nə sənaye müəssisələrinin anbarlarında 162,5 kiloqram qızıl, 600,4 kiloqram gümüş qalıb.

Qeyd edək ki, 2026-cı ilin yanvar-iyun aylarında 3 milyard 670 milyon 631,5 min dollar dəyərində 24 min 231,8 kiloqram işlənməmiş və ya yarımişlənmiş, yaxud toz şəklində qızıl ixrac edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə qızılın ixracı miqdar ifadəsində 12,4 dəfə, dəyər ifadəsində isə 25,4 dəfə artıb.