BAKI, 19 avqust. TELEQRAF

Bu gün Naxçıvanın bəzi ərazilərində qaz təchizatı dayandırılacaq.

Bu barədə Teleqraf-a Naxçıvan Regional Qaz İstismarı İdarəsindən məlumat verilib.

Məlumata görə, təmir-quraşdırma işləri ilə əlaqədar Kəngərli rayonunun Qıvraq qəsəbəsində işlər yekunlaşanadək qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Saat 14:30-dan etibarən isə Naxçıvan şəhərinin Qaraçuq kəndində qaz təchizatı işlər yekunlaşanadək dayandırılacaq.