BAKI, 17 avqust. TELEQRAF
2026-cı ilin yanvar-iyul aylarında Azərbaycandan 15 milyon 693.65 min ABŞ dolları dəyərində 298 milyon 323.37 min kilovat-saat elektrik enerjisi ixrac edilib.
Teleqraf Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2025-ci ilin müvafiq dövrünə nisbətən ixrac edilən elektrik enerjisinin dəyəri 62,28%, həcmi isə 59,55% azalıb.
Azərbaycanın qeyri-neft məhsullarının ixracında elektrik enerjisinin payı 0.26% təşkil edib.