İran hakimiyyəti Fars körfəzində hərbi əməliyyatlara müvəqqəti atəşkəs deyil, birdəfəlik son qoymaq niyyətindədir.

Teleqraf xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.

"İran vasitəçilərə Tehranın müvəqqəti deyil, birdəfəlik atəşkəs tərəfdarı olduğunu çatdırıb. Fars körfəzindəki hərbi qarşıdurma ABŞ-nin hətta öz bazalarını belə müdafiə edə bilmədiyini göstərir. Bölgədə sabitliyin təmin edilməsi üçün yeni yanaşma kollektiv təhlükəsizliyə və iqtisadi münaqişələrin qarşılıqlı həllinə əsaslanmalıdır", - deyə Araqçi qeyd edib.

Əraqçi həmçinin Qətər və Pakistanın Tehran və Vaşinqton arasındakı danışıqlar prosesində oynadığı səmərəli vasitəçilik rolunu xüsusi vurğulayıb. Nazir əlavə edib ki, Tehran və Doha arasındakı münasibətlər hazırda çox müsbət mərhələdədir.