BAKI, 19 avqust. TELEQRAF
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) prezidenti, yapon hakim Tomoko Akana qarşı sanksiyalar tətbiq edib.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.
ABŞ dəfələrlə məhkəmənin qərarlarına qarşı çıxıb.
Vaşinqton məhkəmənin İsrailin Baş naziri Binyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qalantın Qəzza zolağında müharibə cinayətləri ittihamları ilə həbs orderləri verməsini qınayıb.
ABŞ həmçinin Əfqanıstanda Amerika əsgərləri tərəfindən törədilən iddia edilən cinayətlərlə bağlı Beynəlxalq Cinayət Məhkəməsinin araşdırmasına qarşı çıxıb.