BAKI, 18 avqust. TELEQRAF

TƏRTƏR, 18 avqust. TELEQRAF

DİN Mətbuat xidmətinin regional qrupu Tərtər rayonunda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi barədə məlumat yayıb.

Teleqraf xəbər verir ki, məlumata görə, qəza hadisəsi rayonun Hüsənli kəndi ərazisində qeydə alınıb.

Bu gün saat 18 radələrində Bərdə rayon sakini Zülfüqar Bayramov Hidayət oğlunun idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu nəzərdə tutulmayan yerdən keçən Cəmilə Zeynalova və Mahirə Qədimovanı vurub. Nəticədə hər iki piyada hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

"Bir daha piyadaları yol hərəkəti qaydalarına, xüsusilə də yolu yalnız müəyyən edilmiş və təhlükəsiz keçidlərdən keçmək tələbinə ciddi riayət etməyə çağırırıq. Sürücülər isə yaşayış məntəqələrində və piyada hərəkətinin intensiv olduğu ərazilərdə sürət həddinə əməl etməli, diqqətli və ehtiyatlı olmalıdırlar", - məlumatda qeyd olunur.

***

20:48

Tərtərdə avtomobil Ağdam rayonunun Güllücə kənd sakinləri olan, hazırda Təzəkənd qəsəbəsində məskunlaşan Cəmilə Zeynalova və Mahirə Qədimovanın həyatına son qoyub.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, işdən evə qayıdan hər iki qadın fəhlələri daşıyan avtomobildən düşüb yolu keçmək istəyərkən minik maşını tərəfindən vurulublar.

Faktla bağlı araşdırma davam etdirilir.

***
19:51

Tərtərdə 2 nəfərin ölümü ilə nəticələnən avtomobil qəzası baş verib.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Hüsənli kındi ərazisində baş verib. Hərəkətdə olan VAZ2107 markalı avtomobil iki piyadanı - Cəmilə Zeynalova və Mahirə Qədimovanı vurub.

Faktla bağlı araşdırma başlanıb.