BAKI, 17 avqust. TELEQRAF

2026-cı ilin yanvar-iyul aylarında mobil operatorlar 742,1 milyon manat gəlir əldə ediblər.

Teleqraf xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, informasiya və rabitə müəssisələri tərəfindən 2 milyard 378,6 milyon manat məbləğində və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 10,4 faiz çox xidmət göstərilib.

Xidmətlərin 70 faizi əhali tərəfindən istehlak olunub. Xidmətlərdən əldə edilən gəlirin 742,1 milyon manatı (31,2 faizi) mobil telefon rabitəsi sahəsində formalaşıb.