BAKI, 17 avqust. TELEQRAF

2026-cı ilin yanvar-iyul aylarında Azərbaycan 40 milyon 953.02 min ABŞ dolları dəyərində 50 min 106.57 ton alma ixrac edib.

Teleqraf xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin hesabatında qeyd edilib.

Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyər baxımından 4 milyon 280,68 min ABŞ dolları (7%) çox, miqdar baxımından isə 2 min 677.67 ton (7,87%) azdır.

Yanvar-iyul aylarında alma ixracı ölkənin ümumi ixracının 0.21%-ni, qeyri-neft sektoru üzrə ixracının isə 0.69%-ni təşkil edib.