BAKI, 17 avqust. TELEQRAF

2026-cı ilin yanvar-iyul aylarında Azərbaycan xarici ticarət dövriyyəsi ötən ilin müvafiq dövrünə nisbətən 1,3% artaraq 29 milyard 216.30 milyon ABŞ dolları təşkil edib.

Teleqraf Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə ölkə üzrə ixrac 26,98% artaraq 19 milyard 335.59 milyon ABŞ dolları olub. İdxal isə 27,42% azalaraq 9 milyard 880.71 milyon ABŞ dolları təşkil edib.

Hesabat dövründə xarici ticarət dövriyyəsində 9 milyard 454.88 milyon dollarlıq müsbət saldo yaranıb və bu, ötən ilin eyni dövrünə nisbətən 5,86 dəfə çoxdur.