BAKI, 17 avqust. TELEQRAF

2026-cı ilin yanvar-iyul aylarında Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri ilə 14 milyon 773,2 min ton neft (nəqletmənin 76,8 faizi) ötürülüb.

Teleqraf xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Dövr ərzində BTC kəməri ilə nəql edilmiş neftin 82,3 faizini (12154,7 min ton) Azərbaycanda hasil edilən neft, 17,7 faizini (2618,5 min ton) isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.