BAKI, 17 avqust. TELEQRAF
2026-cı ilin yanvar-iyul ayları ərzində özəlləşdirmə və icarədən dövlət büdcəsinə 145,2 milyon manat vəsaitin ödənilməsi təmin edilib.
Bu barədə Teleqraf-a Əmlak Məsələləri Dövlət Xidmətindən məlumat verilib.
Bildirilib ki, hesabat dövründə 36 hərrac keçirilib. Hərraclarda 3 səhmdar cəmiyyətinin səhm paketi, 2 kiçik dövlət müəssisəsi, 1 yarımçıq tikili sahəsi və 616 nəqliyyat vasitəsi özəlləşdirilib.Özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 112,3 milyon manat təşkil edib.
Yanvar-iyul aylarında 328-i qeyri-yaşayış, 2.370-i torpaq sahələri üzrə olmaqla 2.698 yeni icarə müqaviləsi bağlanılıb. Hesabat dövrü ərzində daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən dövlət büdcəsinə 32,9 milyon manat vəsaitin ödənilməsi təmin olunub.
Beləliklə, 2026-cı ilin yanvar-iyul ayları ərzində dövlət əmlakının özəlləşdirilməsindən və icarəsindən büdcəyə ümumilikdə 145,2 milyon manat vəsait daxil olub.