BAKI, 18 avqust. TELEQRAF

2026-cı ilin ilk 7 ayında Azərbaycan 172 milyon 264.47 min ABŞ dollar dəyərində pambıq ixrac edib.

Teleqraf Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 31,39% çoxdur. Ötən ilin yanvar–iyul aylarında pambıq ixracının dəyəri 131 milyon 109,26 min ABŞ dolları təşkil edib.

Hesabat dövründə pambıq idxalının dəyəri isə 5 milyon 664,03 min ABŞ dolları olub. Bu isə 2025-ci ilin göstəricisinə (6 milyon 39,37 min dollar) nisbətən 6,22% azdır.

Qeyd edək ki, birinci yarımildə pambıq üzrə ixrac Azərbaycanın ümumi ixracının 0.89%-ni, idxal isə ümumi idxalın 0.06%-ni təşkil edib