BAKI, 17 avqust. TELEQRAF

Qurumdan əlavə olaraq bildirilib ki, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Aprel Zəfəri küçəsinin su təchizatını təmin edən diametri 200 mm olan su xəttində baş vermiş qəza Binəqədi rayon Sukanal İdarəsinin qəza-bərpa briqadası tərəfindən aradan qaldırılmış, təmir-bərpa işləri tam yekunlaşdırılıb.

Bu barədə Teleqraf-a İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib.

Məlumata görə, qəzalı sahədə zəruri texniki tədbirlər həyata keçirilərək xətt üzrə suyun verilişi bərpa olunub. Qısa müddət ərzində suyun bütün ünvanlara normal və dayanıqlı rejimdə çatdırılması təmin ediləcək.

Qeyd edək ki, qəza nəticəsində su xəttinin üzərində yerləşən siyirtmədə texniki nasazlıq yaranıb. Yaranmış vəziyyətin operativ şəkildə aradan qaldırılması və su təchizatının etibarlılığının təmin edilməsi məqsədilə Binəqədi Rayon Sukanal İdarəsinin qəza-bərpa briqadası əraziyə cəlb olunub.