BAKI, 19 avqust. TELEQRAF
Türkiyə nəhənglərindən “Fənərbağça” UEFA Çempionlar Liqasının pley-off mərhələsində ilk oyununu keçirib.
Teleqraf xəbər verir ki, İstanbul təmsilçisi Fransanın “Lion” klubunu qəbul edib.
Gərgin mübarizə şəraitində keçən qarşılaşmada qalib müəyyənləşməyib - 1:1.
Beləliklə, Çempionlar Liqasının liqa mərhələsinə vəsiqənin taleyi Fransada həll olunacaq.
Qeyd edək ki, komandalar arasında cavab görüşü avqustun 26-da “Park Ol”da keçiriləcək.