BAKI, 18 avqust. TELEQRAF
Yəmən sahilləri yaxınlığında yük gəmisinə atəş açılıb.
Teleqraf xəbər verir ki, bu barədə "Reuters" Kral Dəniz Qüvvələrinin Dəniz Ticarət Əməliyyatları Mərkəzinə (UKMTO) istinadən bildirib.
Məlumata görə, hadisə Mokha liman şəhərindən 40 mil cənub-şərqdə baş verib. Atışma zamanı gəmidə heyət üzvü olmayıb. UKMTO-nun məlumatına görə, hücum nəticəsində gəmiyə ziyan dəyib.
Gəminin adı və qeydiyyat ölkəsi göstərilməyib.