BAKI, 19 avqust. TELEQRAF
ABŞ-nin Hörmüz boğazını birtərəfli qaydada açmaq və daha sonra ona nəzarət etmək istəyi Vaşinqtonun real imkanlarından uzaqdır.
Teleqraf xəbər verir ki, bunu İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezayi deyib. Onun sözlərini “Əl-Mayadin” telekanalı yayıb.
“ABŞ-nin Hörmüz boğazını yenidən açmaq imkanının olmaması ilə ona nəzarəti ələ keçirmək istəyi arasındakı fərq Vaşinqtonla Hörmüz boğazı arasındakı məsafədən daha böyükdür”, - Rezayi bildirib.
O, maraqlı tərəfləri regionda yeni qarşılıqlı fəaliyyət sisteminin yaradılmasına çağırıb. İran rəsmisinin sözlərinə görə, belə bir sistem Fars körfəzi regionunda ABŞ hegemonluğunun başa çatmasından sonrakı mərhələni əhatə etməlidir.
Qeyd edək ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının “Amerikaya məxsus elan edilməsi” ideyasını bəyəndiyini bildirmişdi.