“Forbes” jurnalı 2026-cı il üçün dünyanın ən bahalı futbol klublarının reytinqini açıqlayıb.

Teleqraf xəbər verir ki, siyahıya 9,5 milyard dollar dəyərində qiymətləndirilən İspaniyanın “Real Madrid” klubu başçılıq edir.

Madrid təmsilçisi ardıcıl beşinci dəfə reytinqin zirvəsində qərarlaşıb.

İkinci pillədə 7,5 milyard dollarlıq dəyərlə “Barselona”, üçüncü sırada isə 7,2 milyard dollarla İngiltərənin “Mançester Yunayted” klubu yer alıb. “Liverpul” 6,2 milyard dollarla dördüncüdür.

“Forbes”ə görə dünyanın ən bahalı 10 futbol klubu:

“Real Madrid” (İspaniya) – 9,5 milyard dollar
“Barselona” (İspaniya) – 7,5 milyard dollar
“Mançester Yunayted” (İngiltərə) – 7,2 milyard dollar
“Liverpul” (İngiltərə) – 6,2 milyard dollar
PSJ (Fransa) – 5,8 milyard dollar
“Bavariya” (Almaniya) – 5,7 milyard dollar
“Mançester Siti” (İngiltərə) – 5,5 milyard dollar
“Arsenal” (İngiltərə) – 5,4 milyard dollar
“Çelsi” (İngiltərə) – 4,2 milyard dollar
“Tottenhem” (İngiltərə) – 3 milyard dollar