BAKI, 6 avqust. TELEQRAF

Dünya bazarında qızılın qiyməti artaraq bir troya unsiyası üçün 4 350 dollar həddini keçib.

Teleqraf xəbər verir ki, bu barədə "Comex" ticarət platformasının məlumatlarında bildirilir.

Məlumata görə, avqust fyuçersləri üzrə qızılın qiyməti 4,2 faiz artaraq bir troya unsiyası üçün 4 361,72 dollara yüksəlib.