BAKI, 4 avqust. TELEQRAF
Ötən il Dövlət Neft Fondunun 6 gəlir istiqamətindən biri üzrə proqnoz tam icra edilib, dörd istiqamət üzrə proqnoza çatılmayıb.
Teleqraf xəbər verir ki, bu barədə Hesablama Palatasının Dövlət Neft Fondunun vəsaitlərinin formalaşdırılması və əsas istiqamətlər üzrə istifadəsinin auditinin nəticələrinə dair hesabatında bildirilir.
Sənədə əsasən Fondun yüksək səviyyədə büdcədənkənar gəlirləri nəticəsində aktivlərin həcmində artıma səbəb olub.İlin sonuna qurumun aktivləri ABŞ dolları ifadəsi ilə ilin əvvəlinə nisbətən 13 510,1 mln. ABŞ dolları (22 967,2 mln. manat) və yaxud 22,5 faiz artaraq 73 541,5 mln. ABŞ dolları (125 020,5 mln. manat) təşkil edib.
2025-ci il ərzində Dövlət Neft Fondunun investisiya portfelinə daxil olan valyutaların manata qarşı dəyişməsindən yaranan fərq üzrə büdcədənkənar gəlir 3 577,8 mln. manat, qızılın qiymətinin dəyişməsindən yaranan fərq üzrə büdcədənkənar gəlir manat ifadəsi ilə 16 856,2 mln. manat olub.