BAKI, 5 avqust. TELEQRAF

2025-ci qızılın qiymətinin artması Dövlət Neft Fondunun aktivlərinə 9 milyard 915,44 milyon ABŞ dolları məbləğində müsbət məzənnə fərqi qazandırıb. Alt portfelin yekun dəyərini 28 miıyard 63,21 milyon dollara çatdırıb.

Teleqraf xəbər verir ki, bu barədə Hesablama Palatasının Dövlət Neft Fondunun vəsaitlərinin formalaşdırılması və əsas istiqamətlər üzrə istifadəsinin auditinin nəticələrinə dair hesabatında bildirilir.

Məlumata görə, hesabat dövründə məzənnə fərqi nəzərə alınmadan 4 milyard 51,88 milyon ABŞ dolları həcmində investisiya gəliri əldə edildiyi halda, qlobal valyuta və qiymət trendləri hesabına əlavə olaraq 12 milyard 19,95 milyon ABŞ dolları məbləğində müsbət məzənnə fərqi (yenidənqiymətləndirmə gəliri) rəsmiləşdirilib.

Səhm portfeli də gəlirlilik nümayiş etdirərək 2 milyard 808,22 milyon ABŞ dolları investisiya gəliri və 566,05 milyon ABŞ dolları mübət məzənnə fərqi formalaşdırıb (əsas pay kotirovka olunan səhmlər üzrə olub). Borc öhdəlikləri portfeli isə 1 milyard 171,48 milyon ABŞ dolları gəlir və 1 milyard 368,09 milyon ABŞ dolları məzənnə artımı ilə ümumi portfelin gəlirliliyinə töhvə verib. Daşınmaz əmlak portfelində isə Müştərək və Fond investisiyalarının əməliyyat zərərinə (-27,49 milyon və -18,74 milyon ABŞ dolları) baxmayaraq, regional aktivlərin müsbət məzənnə revalvasiyası (170,37 milyon ABŞ dolları) bu itkiləri tam kompensasiya edərək portfelin yekun dəyərini artırıb.