BAKI, 4 avqust. TELEQRAF

2026-cı il iyul ayının 1-i vəziyyətinə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınan işsiz şəxslərin sayı 248,5 min nəfər olub.

Teleqraf Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, onların 52,3 faizini qadınlar təşkil edib.

İşsizlikdən sığorta ödənişinin orta aylıq məbləği 475,8 manat təşkil edib.