BAKI, 4 avqust. TELEQRAF

İyulun1-i tarixinə əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında iyulun1-i tarixinə 941,4 milyon manatlıq hazır məhsul olub.

Teleqraf Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ehtiyatların 46,6 faizi Bakı, 13,7 faizi Sumqayıt, 3,8 faizi Gəncə, 0,3 faizi Şirvan şəhərlərinin payına düşüb.

5,3 faiz Gədəbəy, 2,8 faiz Biləsuvar, 2,8 faiz Xaçmaz, 2,6 faiz Abşeron, 2,1 faiz Masallı, 1,3 faiz Saatlı rayonlarında, 17,2 faizi isə digər şəhər və rayonların sənaye müəssislərəinin anbarlarında qalıb.

Onu da qeyd edək ki, 2026-cı ilin yanvar-iyun aylarında 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə qısamüddətli istifadədə olan malların istehsalı 11,9 faiz, aralıq istehlak məhsullarının istehsalı 11,8 faiz, istehsal vasitələrinin istehsalı 5,8 faiz artıb, enerji məhsullarının istehsalı 1,8 faiz, uzunmüddətli istifadədə olan istehlak mallarının istehsalı isə 10,8 faiz azalıb.