BAKI, 4 avqust. TELEQRAF

2026-cı il iyulun 1-i vəziyyətinə ölkə üzrə kommersiya təşkilatlarının ümumi sayının 5 faizini kiçik, 1,9 faizini orta, 0,4 faizini iri sahibkarlıq subyektləri təşkil edib.

Teleqraf xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında qeyd edilir.

Məlum olur ki, hesabat dövründə kiçik sahibkarlıq subyektlərinin 68,4 faizi Bakıda, 8,3 faizi Abşeron-Xızı, 2,6 Gəncə-Daşkəsən, 2,4 faizi Mərkəzi Aran, Lənkəran-Astara, Şəki-Zaqatala, Qarabağ (hər birində), qalanları isə digər iqtisadi rayonlarda yaradılıb.

Orta sahibkarlıq subyektlərinin 66,3 faizi Bakıda, 7 faizi Abşeron-Xızı, 3,1 faizi Şəki-Zaqatala, 2,8 faizi Mərkəzi Aran və Gəncə-Daşkəsən (hər birində), qalanları isə digər iqtisadi rayonlarda təsis edilib.

İri sahibkarlıq subyektlərinin 75,4 faizi Bakıda, 8,1 faizi Abşeron-Xızı, 2,2 faizi Şirvan-Salyan, 2 faizi Mərkəzi Aran, qalanları isə digər iqtisadi rayonlarda yaradılıb.

Qeyd edək ki, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan keçmiş fərdi sahibkarların sayı 1 milyon 486 mini keçib.