BAKI, 6 avqust. TELEQRAF
Azərbaycanın UEFA reytinqindəki mövqeyi dəyişməyib.
Teleqraf xəbər verir ki, buna UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunlarının nəticələri səbəb olub.
Bu mərhələdə səfərdə Danimarkanın “Orhus” klubuna 1:2 hesabı ilə uduzan “Sabah” ölkəmizə əlavə reytinq xalı qazandıra bilməyib.
Nəticədə Azərbaycanın cari mövsümdə topladığı əmsal 2.625 olaraq qalıb. Bu göstəricinin 1.000-i “Sabah”ın, 0.750-si “Qarabağ”ın, 0.625-i “Zirə”nin, 0.250-si isə “Araz-Naxçıvan”ın payına düşür.
Hazırda Azərbaycanın ümumi əmsalı 21.187-dir. Ölkəmiz UEFA reytinqində 26-cı pillədə qərarlaşıb. Ən yaxın izləyicimiz Slovakiyanın 20.125, 25-ci sırada yer alan İsrailin isə 22.375 xalı var.
Qeyd edək ki, 55 ölkənin yer aldığı UEFA reytinqinə 101.852 xalla İngiltərə başçılıq edir.